"Qərbi Azərbaycan məsələsi olmadan Ermənistanla Azərbaycan arasında hər hansı sülh müqaviləsindən danışmaq olmaz. G Qərbi Azərbaycan icması da bununla bağlı bəyanat verib. Elə hesab edirəm ki, bu, çox ciddi bir mövqedir. Bu mövqeni biz müdafiə eləməliyik. Necə ki, ermənilər beynəlxalq məhkəmə vasitəsilə Qarabağdakı ermənilərin Azərbaycana qayıtmasını istəyirlərsə, ona uyğun olaraq Qərbi Azərbaycandan çıxarılan azərbaycanlılar da, Qərbi Azərbaycana qayıtmağı müdafiə etməlidir".
Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.
O bildirib ki, mühüm məsələlərdən bir də 1920-ci ildə Azərbaycanın bir çox ərazilərinin Ermənistana verilməsidir ki, bu prosesi SSRİ də davam edib: "Rusiya SSRİ-ni bu gün özünün varisi hesab edir. Azərbaycan hökuməti Rusiyahökumətinə müraciət etməlidir ki, o vaxt Azərbaycan xalqının iradəsinə zidd olaraq SSRİ bizdən alıb Ermənistana verdiyi Azərbaycan torpaqları indi Azərbaycana qaytarılsın. Rusiya bu qərarı qəbul edəcəyi təqdirdə artıq biz o əraziləri öz qanuni ərazilərimiz kimi geri qaytara bilərik.
S.Cəlaloğlu vurğulayıb ki, biz Rusiyadan xahiş eləmirik, Rusiyanı ittiham edirik ki, sən Azərbaycan xalqının iradəsinə zidd olaraq mənim torpaqlarımı kəsib, o vaxt müttəfiq hesab elədiyin Ermənistana verdin, indi o torpaqları qaytar: Buna görə bizi heç kim ittiham edə bilməz. Çünki bu qərarı SSRİ qəbul edib, Rusiya hökuməti qəbul edib. Əgər Amerika qəbul etsəydi, biz Amerikaya müraciət edərdik. Bunun Ermənistan- Azərbaycan müasibətləri ilə əlaqəsi yoxdur. Bizim hökumət də deyir ki, qərar cinayətkar bir qərar olub. Rusiya özünü SSRİ-nin varisi hesab edirsə, məsələni həll eləsin".
Partiya sədri vurğuladı ki, bizim Naxçıvana quru yolu üçün Ermənistana ağız açmağa ehtiyacımız yoxdur: "Putinin Ukrayna ilə apardığı müharibənin səbəbi nədir? Putin deyir ki, SSRİ-nin tərkibinə kim nə qədər torpaqla giribsə, o boyda torpaqla çıxmalıdır. Biz 114 min kvadrat kilometr torpaqla SSRİ-yə daxil olmuşuq, 86 min kvadrat km ilə çıxmışıq. Ermənistan 9 min kv kilometrlər daxil olub, 29 min kv kilometrlə çıxıb. Bizim 20 min kvadrat km torpağımızı mənimsəyiblər. O zaman bu torpaqlar özbaşınalıqla bizdən alınıb, Azərbaycan xalqı arasında referendum keçirilməyib. Dövrün tarixi şərtlərlə təzyiq ediblər, bu ərazilər Ermənistana verilib . Bu gün mən nəyə görə erməniyə yalvarmalıyam ki, Naxçıvanla aramıza quru yol çək, Naxçıvana dəhliz ver. Zəngəzur Azərbaycanın ərazisi olsa, buna nə ehtiyacımız var? ".
Məğrur,
Sitat.info