"Sülh sazişinin bəndləri üzrə 70 faiz razılığın əldə edilməsi heç nəyi dəyişmir. Sülh sazişinin əsas qayəsi ondan ibarətdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, anklavları qeyd şərtsiz azad edir, regional kommunikasiyaların bərpası üçün effektiv addımlar atır. Bundan sonra ərazi iddialarından, şovinist, revanşist bəyanatlardan əl çəkir. ŞƏrti dövlət sərhədi perimetri boyunca, riskli, gərginlik yarada biləcək addımlardan çəkinir. Beş şərtdir, bu qədər bəsitdir".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elçin Alıoğlu deyib.
O bildirib ki, ikinci məsələ sülh müqaviləsinin harada imzalanmasıdır: "Bunun məkanı bizim üçün qətiyyən önəmli deyil. Vasitəçi kim olacaq? Kim olur olsun, istəyirsə Şimali Koreya vasitəçilik etsin. Biİm mövqeyimiz qətidir və bir zərrə də geri çəkilməyəcəyik. Geri çəkilməyə yerimiz yoxdur, arxada vətəndir. Onlar da realist və ağıllı adamlardırlar, ancaq bizimlə alverə getmək istəyirlər. Biz isə alverə getmirik. Bu şərtlərimiz yerinə yetirilən kimi sülh müqaviləsi imzalayacağıq".
E.Alıoğlu əlavə etdi ki, Zəngəzur dəhlizini açmırlarsa, İran ərazisindən Şərqi Zəngəzur dəhlizi açacağıq: "Azərbaycana qarşı nəsə etmək istəyirlərsə, etsinlər görək nə edəcəklər.Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyat isə mümkün deyil".
Məğrur,
Sitat.info