"Məlumdur ki, Yerdə olduğu kimi, Göydə də resursların bölüşdürülməsi uğrunda ölkələr arasında amansız mübarizə gedir. Gecikənlərə və ləngiyənlərə bu kosmik resursdan pay düşmür.
Kosmosda hansısa resursu, adi bir tezlik diapazonunu əldə edən ölkə öz peyklərini ardıcıl olaraq orbitə qaldırmaqla və digər tərəfə müqavilə əsasında istifadəyə verməklə resursu özündə saxlayır".
Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O bildirib ki, 10 il öncə Azərbaycan öz peykini ilk dəfə orbitə qaldıranda artıq, necə deyərlər kosmosda “yerlər” tutulmuşdu və na görə də Azərbaycan Malayziya ilə müqavilə bağlayaraq onlara məxsus olan tezlik resurslarından istifadə edirdi: " Yəni bizim peykimiz, anlaşıqlı desək kosmosda Malayziyanın “yolu” ilə dövr edirdi.
Azəkosmos məlumat verib ki , son 3-4 il ərzində kosmos ailəsinə daxil olan ölkələrlə və təşkilatlarla aparılan işlər nəticəsində artıq bu kosmik resursun Azərbaycana verilməsi məsələsi həll edilib. Beynəlxalq Telekommunikasiya İttifaqı bu tezlik resursunu Azərbaycanın adına rəsmiləşdirib".
O.Gündüz hesab edir ki, Azərbaycanın bu strateji kosmik resursa sahib olması milli maraqlarımız baxımından olduqca əhəmiyyətlidir.
Nərgiz,
Sitta.info