İranlılar da parlament seçkilərini boykota çağırdılar

18:15 12 Yanvar 2024

İran hökumətinə müxalif olan onlarla təşkilatın və çox sayda hüquq müdafiəçisinin, siyasi-ictimai şəxsin və ziyalıların birləşdiyi "Birləşmiş İranlılar Federasiyası" ölkədə keçiriləcək parlament seçkiləri ilə bağlı müraciət edib.

Sitat.info xəbər verir ki, bu barədə qurumun sosial media hesabında yazılıb.

Müraciətdə qurum iranlıları 12-ci parlament seçkilərini boykot etməyə çağırıb.

“Keçirilməsi planlaşdırılan parlament seçkiləri mənasızdır və bu xalqın iradəsini əks etdirmir. Seçkilərdə iştirak etməməklə İslam Respublikasına layiqli cavab verilməlidir”, - müraciətdə bildirilib.

Qeyd edək ki, bundan əvvəl İran daxilində olan bir sıra qruplar və müxalif cərəyanlar da martın 1-də İranda keçiriləcək parlament seçkilərində iştirak etməməyə çağırıblar.

Müstəqil mərkəzlərin keçirdiyi rəy sorğularının nəticələrinə görə, 12-ci parlament seçkilərində vətəndaşların iştirakı ən aşağı səviyyədə olacaq.



Xəbər xətti