Gürcüstan prezidenti istefası barədə danışdı

16:15 6 Fevral 2024

Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, o, postunu tərk etmək niyyətində deyil.

Sitat.info xəbər verir ki, Zurabişvili bu barədə parlamentdəki çıxışı zamanı dövlət başçısı kimi sonuncu illik hesabatında deyib.

"Ola bilsin, bəziləri ümid edirdi, ya da hələ də ümid edir ki, məni sındıracaq və sizin qarşınızda verdiyim andımdan dönməyə məcbur edəcək. Əksinə, bu gün də bu andın böyük gücünü hiss edirəm, bu anda və Konstitusiyaya sadiq qalaraq sona qədər yerimdə qalacağam”.

Qeyd edək ki, Zurabişvilinin səlahiyyət müddəti bu ilin payızında başa çatır.



Xəbər xətti