Gürcüstanın baş naziri istefa verir

15:43 29 Yanvar 2024

Hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının hazırkı sədri İrakli Kobaxidze Baş nazir postunu, Gürcüstanın indiki Baş naziri İrakli Qaribaşvili isə partiya sədri vəzifəsini tutacaq.

Sitat.info xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Məlumata görə, yanvarın 24-də Gürcü Arzusu Partiyasının Siyasi Şurasının iclası keçirilib:

“İclasda partiyanın qurultayının fevralın 1-də keçirilməsi qərara alınıb və həmin qurultayda dəyişikliklərin açıqlanması nəzərdə tutulub. Bundan əlavə, Kobaxidze Gürcü Arzusu Partiyasının siyasi katibi postunu da tutacaq”.



Xəbər xətti