"Bu təslimçi bir mövqedir" - Siyasi şərhçi Başkəndin Ermənistana verilməsi təklifinə ETİRAZ ETDİ

15:48 29 Aprel 2024

"Başkəndin (Gədəbəydə) ərazi mübadiləsi əsasında Ermənistana verilməsi təklifi Azərbaycanın dövlət sərhədlərinin mühafizəsi və onların toxunulmazlığının təmin edilməsi prinsiplərinə ziddir".

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. 

O bildirib ki, Başkəndin strateji əhəmiyyətinin olmaması fikri isə ya naşılıq əlamətidir, ya da qəsdən ortaya atılmış fikirdir:

"Başkəndin strateji qiyməti:

- Yaxın kəndlərlə coğrafi əlaqə,

- Əhalinin təhlükəsiz zonada yaşaması,

- Hərbi nöqteyi-nəzərdən taktiki üstünlüklər qazandırmağın işığında daha yaxşı görünməlidir.

Bir sözlə, Başkənd həmin istiqamətdə Ermənistanla sərhəd nöqtələrə üstün nəzarət və mümkün risklər zamanı operativ müdaxilə qabiliyyətini artıran imkanlar verir".

A.Kərimov hesab edir ki, ümumilikdə isə Başkəndi Ermənistana az qala hədiyyə etmək təklifi Azərbaycanın qalibiyyət rejimindəki geosiyasi genişlənməsinə zidd açıqlamadır: "Bu fikrin müdafiəsi müharibədə və ondan sonrakı dövrlərdə böyük taktiki və strateji aktivlərə yiyələnən Azərbaycanın qalibiyyətinə uyğun olmayan təslimçi bir mövqedir".

Türkan,

Sitat.info



Xəbər xətti