Gürcüstan parlamentində deputatlar arasında dava düşüb

17:29 15 Aprel 2024

Gürcüstanda hakim Gürcü Arzusu Partiyası ötən il Tbilisidə nümayişlərə səbəb olan və parlamentdə dava-dalaşa səbəb olan “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yenidən gündəmə gətirib.

Sitat.info xəbər verir ki, Gürcüstanda ötən il “xarici agent qanun layihəsi” kimi də xarakterizə edilən “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi parlamentin hüquq komitəsində müzakirə edilib.

Hakim partiyanın bu il yenidən təqdim etdiyi qanun layihəsinə reaksiya verən müxalifət partiyalarından olan deputatlar komitə iclasında layihənin əleyhinə şüarlar səsləndiriblər.

Müxalifətin “Vətəndaşlar” partiyasından olan deputat, qanun layihəsinə reaksiya verən Aleko Elisaşvili çıxış edən Mdinaradzeni yumruqlayıb.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti