Siyasi şərhçi: "Bu məsələlər həllini tapmadıqca sülh müqaviləsi uzanacaq"

19:51 12 Yanvar 2024

ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, beynəlxalq ekspert Metyu Brayza (Matthew Bryza) hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi əlçatan görünür.

Bununla bağlı Sitat.info-ya açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Azərbaycanın xarici siyasət konsepsiyasında hazırda Ermənistanla sülhün əldə olunması və regional əməkdaşlıq mühitinin təmin olunması prioritetdir: 

"Azərbaycan bunun üçün lazımi addımları atır. Şübhəsiz ki, ikinci Qarabağ Müharibəsi və 2023-cü ildəki antiterror əməliyyatından sonra Cənubi Qafqazda sülh üçün yeni imkanlar yaranıb və hazırda sülh daha real və yaxındır. Azərbaycanın bütün cəhdlərinə baxmayaraq, hələ də sülh əldə olunmayıb. Bunun səbəbi isə Ermənistan siyasi hakimiyyətinin lazımi iradəyə sahib ola bilməməsidir. 

K. Novruzovun sözlərinə görə, Paşinyan başa düşür ki, sülhün alternativi yoxdur:

"Ermənistan tərəfindən səslənən sülh çağırışları kifayət deyil. Çünki biz bu çağırışların əməli təzahürünü görmürük. Ona gör ki, Ermənistan kənar güclərin təsiri altındadır. Xarici qüvvələrin Ermənistanın siyasətinə müdaxiləsi onun regional siyasətinə də təsir edir. İndiki zamanda sülh bizim üçün arzuolunan olsa da, taleyüklü məsələ deyil. Ona görə ki, biz ərazi bütövlüyümüzü bərpa etmişik. 

O qeyd edib ki, sülh müqaviləsi imzalandıqdan sonra Ermənistanın bu sülhü pozmayacağına dair heç kəs zəmanət verə bilməz: 

"Bunun üçün əvvəlcə lazımi şərait yaradılmalıdır. Əsas meneə olan qondarma kerim ləğv olunub. Sərhədlərin delimitasita və demarkasiyası, Zəngəzur dəhlizi ilə bağlı konkret mövqeyin ortaya qoyulması kimi bəzi məqamlar var ki, onlar da öz həllini tapmalıdır. Bu məsələlər həllini tapmadıqca sülh müqaviləsi uzanacaq. Bu isə Ermənistanın ziyanınadır".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti