Rusiya xüsusi hərbi əməliyyatdan sonraı təhlükəsizlik sistemində ortaya çıxan bütün problemləri ilə heç kimə lazım olmayan bir ölkəyə çevrildi.
Sitat.info xəbər verir ki, bunu rusiyalı politoloq Fyodor Lukyanov deyib.
Onun sözlərinə görə, istənilən vəziyyətdə Rusiya Federasiyası, ilk növbədə, özünə arxalanır və onun daxili resursu çox böyükdür.
“Ukraynadakı əməliyyatlar bunu hər şeydən çox göstərdi. Bu, həm də çoxlu mənfi cəhətləri göstərdi ki, onlarla mübarizə aparmalıyıq. Lakin Rusiya sabit daxili potensiala malik çox qüdrətli ölkədir və bu, tam şəkildə nümayiş etdirildi.
Sual qoyulur ki, Rusiyaya güclü Ermənistan, Gürcüstan, Azərbaycan, Türkiyə və başqaları lazımdırmı... Həm lazımdır, həm də lazım deyil. Rusiya istənilən vəziyyətə uyğunlaşacaq.
Lakin Rusiyanın Cənubi Qafqazda yeni gərginlik və qarşıdurma mənbəyinə ehtiyacı yoxdur. Rusiya Federasiyasının yaxşı münasibətdə olduğu İran , Türkiyə və s. var. Hal-hazırda dünyada çoxlu səhv idarə olunan çoxlu şeylər baş verir.
Əgər Ermənistan zəifdirsə, bu o deməkdir ki, Rusiya zəif Ermənistanla bu və ya digər şəkildə qarşılıqlı əlaqədə olacaq. Əgər Ermənistan güclüdürsə, bu o deməkdir ki, Rusiya güclü Ermənistanla fərqli şəkildə qarşılıqlı fəaliyyət göstərəcək".
Məğrur,
Sitat.info