AB-də Ermənistan əleyhinə sanksiyalar müzakirə olunur: Rusiyanın sanksiyalardan yayınmasındakı "xidmətlərinə" görə...

22:10 7 Mart 2024

Ermənistanın planları Aİ Şurasının divarına dəydi. Paşinyanın sanksiyaların üzərindən adlayaraq Moskvaya hərbi məhsulların satışını davam etdirməsi Qərb rəsmilərinin səbrini daşırıb.

Hazırlanan yeni hesabatda Ermənistana qarşı sanksiyaların tətbiqi ilə bağlı təkliflər də yer alıb. Ermənistanın Rusiyanı beynəlxalq sanksiyalardan yayındırmasının ortaya çıxması Avropada şok effekti yaradıb.  “EU Reporter” nəşri Qafqaz bölgəsində 2 ildir dilə gətirilən böyük problemə və Ermənistanın əldə etdiyi strategiya və texnologiya məhsullarını Rusiyaya embarqo qoyulmasına rəğmən bu ölkəyə ixrac etdiyinə diqqət çəkib.

AB ekspertləri Böyük Britaniya Xarici Kəşfiyyat İdarəsi MI6, ABŞ Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyinin məlumatlarından istifadə edərək, İrəvana embarqo qoyulmasını  tövsiyə edən hesabat hazırlayıblar. 

Nəşrin məqaləsində süni intellekt üzrə kəşfiyyat məlumatları və maliyyə ekspertlərindən əldə edilən məlumatlar yer alıb. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 18-də Almaniyanın Münhen şəhərində erməni diasporu ilə görüşüb,  İrəvanın “Moskvanın müttəfiqi olmadığını” və “Rusiya ilə Ukrayna arasındakı münaqişəyə təsir edə bilmədiyi üçün təəssüfləndiyi” deyib.  Lakin Avropa İttifaqının kəşfiyyat və maliyyə təhqiqat şöbələri Paşinyanın yalan danışdığı və Ermənistanın 2022-ci ildən bəri Rusiyanın logistika mərkəzi olduğu qənaətinə gəliblər.

Digər tərəfdən, mənbələr Avropa Alyansındakı ekspertlərin və auditorların Ermənistanın Rusiya ilə ticarəti ilə bağlı hesablar hazırlamağa başladığını bildirir. Əldə edilən məlumata görə, Ermənistan 2022-ci ildən 2024-cü ilin sonuna qədər Rusiyaya texnologiya, texniki təchizat və yarımkeçiricilər kimi mühüm kritik hərbi logistika dəstəyi verib. Kəşfiyyat idarələrindən əldə edilən məlumata görə, Qərbinin embarqoya məruz qoyduğu Rusiya şirkətləri, görünür, erməni tərəfdarları olduğu üçün İrəvanda ixrac şirkətləri açmağa çalışırlar. Mənbələr onu da göstərir ki, Avropa İttifaqı Paşinyana iki dəfə bu ticarətə son qoyması ilə bağlı xəbərdarlıq edib. 

Qeyd olunur ki, 3 milyon əhalisi olan Ermənistan 2022-ci ildə 14,2 faizlik görünməmiş iqtisadi artımla yaşadı. Mİ6-nın hesablamalarına görə, bu artım 12 ayda baş verdi və iqtisadiyyatı “şübhəli səviyyələrdə” dünyanın üçüncü ən sürətlə inkişaf edən iqtisadiyyatına çevirib.

Aİ hesabında bildirilir ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Rusiyaya ixrac hesabına Ermənistanın  xarici ticarət həcmi 69 faiz artıb. Avropa Yenidənqurma və İnkişaf Bankının məlumatına görə, Rusiyaya qarşı embarqolar başladıqdan sonra Moskva “bir neçə ay ərzində bütün Ermənistanda təchizat zəncirləri yaratmaq üçün subpodrat şirkətlər yaratmağa başlayıb”.

AB Ədliyyə Departamenti, Ticarət Departamenti və Maliyyə Departamenti üçün hazırlanan hesablara görə, Ermənistan Rusiyanın ixrac və ticarət problemlərindən yayınmaq üçün istifadə etdiyi ölkələrdən başlıcasıdır. Belə ki, Ermənistanın Rusiyaya ixracı müharibədən əvvəlki valyuta məzənnələri ilə müqayisədə 4,3 dəfə artıb. 

Nərgiz,

Sitat.info



Xəbər xətti