"Ukraynanın iki yerə bölünmək təhlükəsi var. Rusiya şərqdə Donbas və Luqanskı ləğv edib, yeni Ukrayna dövləti elan edə bilər".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Qərbdə bəzi liderlər Ukraynada təhlükəsizlik buferi yaratmaq üçün Ukraynanın iki yerə bölünməsində maraqlıdır: " Hesab edirlər ki, Rusiya bununla dayanacaq. Amma, Rusiya bununla kifayətlənməyərək, Baltikyanı ölkələrə və Polşaya da əl atacaq. Sonrakı proseslərdə Mərkəzi Asiya ölkələri hədəf olacaq. ABŞ -da seçkilər, Avropada Almaniya və Fransa arasında geosiyasi maraqların toqquşması zəminində Ukrayna Rusiya qarşısında məğlub ola bilər".
Politoloqun sözlərinə görə, Qərb Ukraynaya elə bir silahlar verir ki, bu silahlarla sadəcə müdafiə olunmaq mümkündür: "Görünür, Qərb liderləri Ukraynanın parçalanmasında maraqlı görünür. ABŞ -da Tramp hakimiyyətə gələrsə, Ukraynaya yardımlar tam dayana bilər. Ukrayna məsələsi Avropanın öhdəliyinə buraxıla bilər. Avropa liderləri Ukraynanın iki yerə bölünməsinə gedə bilər. Əsas odur ki, Rusiya Qərbi Avropaya toxunmasın. ABŞ Ukraynada geri çəkilərsə, beynəlxalq fövqəldövlət nüfuzunu itirəcək".
Məğrur,
Sitat.info