"Bu gün (9 aprel) Azərbaycan Respublikası Mərkəzi Bankının sədri hörmətli Taleh Kazımovun dəvəti ilə son aylarda 3-cü dəfə Mərkəzi Bankda görüşümüz oldu. Təqribən 3 saat çox maraqlı müzakirə baş tutdu, əsasən MB-ın elan etdiyi 2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası ciddi müzakirəyə səbəb oldu. Görüş isə hörmətli Taleh müəllimin maraqlı bir məlumatı ilə açıldı. MB sərdi və bəzi komanda üzvləri, ölkənin aparıcı banklarının rəhbərləri ilə ABŞ-a uzunmüddətli işgüzar səfərə çıxırlar. Görüşlərdə əsas məsələ Azərbaycan Banklarının ABŞ maliyyə institutları ilə əməkdaşlığının dərinləşdirilməsi olacaq. Ümid edirəm ki, bank sisteminin dayanıqlığının və Qərb maliyyə instututları ilə əməkdaşlığın artırılması üçün töhvə verəcək səfər olacaq. Görüşdə inflyasiya, maliyyə bazarı, bankların fəaliyyəti, məzənnə və kredit siyasəti – bir çox məsələlər, problemlər müzakirə olundu".
Sitat.info xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli məlumat verib.
N.Cəfərlinin sözlərinə görə, görüşdəki müzakirələrdə bir daha məlum oldu ki, bank sistemində böyük likvidlik var, amma kreditlər artmır: "Ümumiyyətlə, ölkənin qeyri-proporsional inkişaf etdiyi göstərən məsələlərdən biri budur ki, məmləktdə kredit portfelinin 79%-i Bakının payına düşür. Ümumən biznes kreditlərinə maraq azdır – niyə azdır, çünki biznes mühit yaxşı, rəqabət ortamı münasib deyil. Bizdə banklar hələ də depozit götürüb kredit verməklə pul qazanır, investisiya bankçılığı inkişaf etməyib, Banklar investisiya institutuna çevrilə bilmirlər. Bunun səbəbi isə ölkədəki ümumi durumdur.
İqtisadçı bildirib ki, çox az məsələ birbaşa Mərkəzi Bank rəhbərliyindən asılıdır və hökumətin siyasəti tamamən dəyişməsə, MB-ın görə biləcəyi iş çox azdır: " Qeyd etdim ki, əslində MB ciddi dövlət qurumu olaraq hökumətə, sözün yaxşı mənasında, müxalif olmalıdır , yəni, hökumətin iqtisadi siyasətinə müstəqil siyasət yürütməklə təsir etməlidir. Ona görə də, istənilən Strategiyanın əsas hədəfi MB-ın güvənilən, sözü keçən, hökuməti də işləyəmə məcbur və təşviq edən müstəqil dövlət İnstututu olmasıdır – sonra bir çox məsələlər düzələcək".
Nərgiz,
Sitat.info