Ermənistan ordusunda Rusiyaya bağlı qüvvələr prosesi pozur - Politoloq

13:15 11 Aprel 2024

Ermənistanla Parlamentin iclasında baş nazir Nikol Paşinyan çıxış edərək dörd kəndin Azərbaycana qaytarılmasına qarşı olmadığını və delimitasiya-demarkasiya başlanmasının təhlükəsizlik üçün vacib olduğunu qeyd etdi. Amma, dörd kəndin nə zaman qaytaracağını elan etmədi. Ardınca, Ermənistanın Nerkin kəndi istiqamətində Azərbaycan sərhədçiləri atəşə tutuldu və bir həbiçimiz yaralandı. Bu kənd Rusiya hərbçilərinin məsuliyyət zonasındadır, sərhəddə isə "Yerkrapa" könüllü hərbi təşkilatı dayanır. Ermənistan parlamentində Azərbaycanla məsələlər müzakirə edildikdən sonra şərti sərhəddə hərbi təxribatın baş verməsi suallar yaradır".

Bu sözləri Sitrat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, görünür, Ermənistan ordusunda Rusiyaya bağlı qüvvələr prosesi pozur: "Amma, Paşinyan da siyasi iradə ortaya qoymur. Hesab edir ki, Qərbdən siyasi və təhlükəsizlik dəstək bir qədər artıqdan sonra Azərbaycana təzyiq edə biləcək. Baş verənlər növbəti aylarda Ermənistanla danışıqların problemli olduğunu, heç bir nəticənin əldə olunmayacağını göstərir.

Politoloqun sözlərinə görə, Kremldən İrəvana edilən təzyiq məsələnin həllinə imkan vermir: "Moskva Azərbaycanla sülh müqaviləsinin bağlanmasını tez olduğunu, Ermənistana növbəti silahlar göndərəcəyinə söz verib...".

Məğrur,

Sitat.info

 



Xəbər xətti