Deputat: Yeni siyasi reallıqlar formalaşmağa başlayıb

21:03 22 Aprel 2024

"Azərbaycan 44 günlük vətən müharibəsindəki qələbəsi və bir gündən az müddətdə həyata keçirdiyi antiterror əməliyyatı ilə yalnız bu bölgədə yox, geniş anlamda nüfuz qazanan bir ölkəyə çevrilib. Bölgədə lider, diktə edən ölkə kimi qəbul olunun".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib. 

Onun sözlərinə Görə, Rusiya sülhməramlılarının vaxtından əvvəl çıxarılması və Qazaxın 4 kəndinin qaytarılması fonunda yeni siyasi reallıqlar formalaşmağa başlayıb: 

"Prezidentin Rusiyaya işgüzar səfəri Rusiya ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsinə səbəbə olacaq. Rusiya ilə Azərbaycan arasında strateji müttəfiqlik fəaliyyəti haqqında saziş imzalanıb. Sazişdə irəli gələn məsələlər mərhələli şəkildə həll olunur. Hər iki tərəf çox yaxşı nümunə ortaya qoyurlar. Qısa zaman ərzində qarşılaşdığımız problemlər həll ediləcək". 

Deputat deyib ki, Prezidentlər arasında formalaşan uğurlu şəxsi münasibətlər iki ölkə arasındakı münasibətlərə də ciddi təsir göstərəcək:

"Sülhməramlıların vaxtından əvvəl geri qayıtması da bunu sübut edir. Bu, hər iki ölkənin bir-birinə qarşı etimadının göstəricisi kimi də qeyd edilə bilər".

Kənan Yusif 

Sitat.info



Xəbər xətti