Si Cinpin Ukraynadakı müharibəyə görə Çinin tənqidinə sərt reaksiya verdi

12:51 7 May 2024

Fransada iki günlük səfərdə olan Çin prezidenti Si Cinpin Ukrayna müharibəsi zamanı ölkəsinin Rusiya ilə yaxın münasibətlərinə görə tənqid edilməsinə qəti şəkildə qarşı çıxıb.

Sitat.info xəbər verir ki, bu barədə “The New York Times” qəzetinin yazıb. Qəzetin yazdığına görə, Si Cİnpin deyib ki, “biz böhrandan məsuliyyəti üçüncü ölkəyə atmaq, onun imicinə xələl gətirmək və yeni Soyuq Müharibənin alovlanması üçün istifadə edilməsinə qarşıyıq”.

O, həmçinin xatırladıb ki, o və ölkəsi, “bu böhranın mənşəyində olmayıb, onun tərəfi olmayıb və iştirak etməyib”.

Görünür, bu sərt ifadə əsasən ABŞ-a qarşı yönəlib. Vaşinqton hesab edir ki, Çin Rusiyadan külli miqdarda neft və qaz almaqla , eıəcə də Rusiya qoşunlarını peyk görüntüləri ilə də təmin etməklə Ukraynadakı müharibədə Moskvaya kömək etməkdə davam edir. Qırıcı təyyarələr, mikroçiplər və digər ikili təyinatlı avadanlıqlar üçün detallar satır. 

Si ilə görüşdə Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukraynanın təhlükəsizliyi olmadan Avropanın təhlükəsizliyi də ola bilməz.

Lakin o, Fransanın Rusiya və ya xalqı ilə müharibə aparmadığını və Putin rejimini devirmək niyyətində olmadığını vurğulayıb. Makron əlavə edib ki, Fransa və Çin sıx dialoqu davam etdirməlidir.

Günün əvvəlində Avropa Komissiyasının sədri Ursula fon der Leyen də bildirib ki, Pekin “Ukraynaya qarşı təcavüzkar müharibəni dayandırmaq üçün Rusiya üzərində bütün təsir imkanlarından istifadə etməlidir.

Qeyd edək ki, yüksək səviyyəli bir avropalı məmurun Ukraynadakı müharibəni Avropa qitəsi üçün “ekzistensial təhlükə” kimi qələmə verməsi qeyri-adi haldır. Bu, cənab Putinin nüvə silahından istifadə ilə bağlı yenidən danışmasını əks etdirə bilər.

Bundan əlavə, Xi və Makron birlikdə “Olimpiya barışığı”na – iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı bütün dünya üzrə bütün münaqişələrdə bütün hərbi əməliyyatların dayandırılmasına çağırıblar.

Nərgiz,

Sitat.info

 



Xəbər xətti