Paşinyan üçün ciddi sınaq: Kilsənin etirazları sülh planına təhdid yaradırmı?

17:34 13 May 2024

"Ermənistan tərəfi Alma-Ata görüşündə sülh müqaviləsindən əvvəl nəqliyyat və kommunikasiya əlaqələrinin bərpasını təklif edib. Bununla bağlı müəyyən bir protokolun bağlanmasında maraqlıdır. Ermənistan tərəfinin bu təklifi yekun sülh müqaviləsi bağlamadan çərçivə sazişi ilə mümkün ola bilər. İki ölkə arasında yekun sülh müqaviləsininin də Qazaxıstanda bağlanması razılaşdırılıb".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O hesab edir ki, Ermənistan da davam edən etiraz aksiyalarında N. Paşinyanın hansı siyasət izləyəcəyi də  maraqlıdır: "Artıq Keşiş Baqratın keçirdiyi etiraz aksiyasında müharibə ilə Qarabağı qaytaracağını elan etdi. Bu, artıq Ermənistanda 1988-ci il "Miatsum" hərakatını xatırladır. Qarabağ məsələsini etirazlara daşınması Azərbaycanı da düşündürməlidir. Təbii ki, prezident İlham Əliyev Şuşada revanşistlərə sərt mesajını verdi. Demək olar ki, İrəvanda keçirilən etiraz aksiyası Qarabağı gündəliyə daxil etməklə, müharibə atmosferinə keçib. Bununla da Ermənistanda Kilsənin etiraz aksiyası Azərbaycana da təhdiddir. N. Paşinyan bu etirazın qarşısıni almasa, Kilsə və Rusiya regionda yeni münaqişədə maraqlıdır".

Türkan,

Sitat.info

 



Xəbər xətti