"Rusiya prezidenti Vladimir Putin Ukraynada atəşkəs üçün şərtini açıqlayib. Qeyd edib ki, Ukrayna qoşunlarını Donbas, Xerson və Zaparojedən çəkdikdən sonra danışıqlara hazırdır və atəşkəsə gedə bilər.
Qərbin Ukraynaya hərbi yardımlarının intensiv həyata keçirildiyi və Rusiya qoşunlarının Xarkov istiqamətində hücumunun durdurulması fonunda V. Putin atəşkəs şərtini açıqlaması Moskvanın danışıqlara hazır olduğunun mesajıdır
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, sadəcə, bu kimi açıqlama verilməsi, özlüyündə danışıqların üstündən xətt çəkir: " Amma, Rusiya prezidenti danışıqlarda güzəştə gedə bilər. Bu güzəşt həç də Rusiya qoşunlarının Ukraynadan tam çıxarılmasına əsaslanmayacaq. Ona görə də Putin çalışır ki, ABŞ -la bazarlığa getsin".
M.Əsədullazadə vurğuladı ki, Rusiyanın şərtləri ilə Qərb masa arxasına əyləşməyəcək: "Putin bu açıqlama ilə demək istəyir ki, danışmağa hazıram. Rusiyanın şərtləri ilə Qərb masa arxasına əyləşməyəcək. ABŞ öz şərtlərini masaya qoyub, Rusiyanın onun oturmasını gözləyəcək. Həmin vaxta kimi Ukraynada müharibə davam edəcək".
Seymur
Sitat.info