Fransa Ermənistanı silahlandırır: Bu dəfə İrəvanın cəzası daha ağır ola bilər...

18:50 20 İyul 2024

"Fransa hərbi nəqliyyat təyyarələri bu ölkəyə silahlar daşıyır. Halbuki Fransa Ukraynaya silahlar göndərməli idi, nəinki Ermənistana... Fransanın təhlükəsizliyinə təhdid Ukraynada Rusiyanın apardığı işğal müharibəsidir. Ukraynaynın Lvov şəhərindən Strasburqa məsafə iki min kilometrə yaxındır".

Bu sözləri Sitat.info-ya  açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, Makron sülhü əngəlləyib, Cənubi Qafqazda mövqeyini gücləndirməyə can atır: "Fransa prezidenti E. Makron hesab edir ki, Ermənistanı silahlandırması ilə sülhə mane olacaq. Türkiyənin rolunu regionda zəifləməsinə gətirib çıxaracaq. Nəticədə Fransa Cənubi Qafqazda güclənəcək. Mərkəzi Asiyaya açılacaq. Qeyd edim ki. Ermənistan 30 il Rusiyanın Azərbaycana qarşı vəkalət müharibəsinin iştirakçısı oldu. Azərbaycanın 30 il ərazilərini işğalda saxladı. Nəticəsi isə, Ermənistan üçün faciə ilə yekunlaşdi. Eyni ssenarini Fransa ilə oynayır".

Politoloq vurğulayıb ki, Ermənistan rəhbərliyi Fransanın regionda Azərbaycana qarşı vəkalət müharibəsində iştirak etməyə sövq edilir: "Ermənistan rəhbərliyi Parisin təlimatı ilə sərhəddə hərbi təxribatlara gedərsə, Azərbaycan ildırım sürəti ilə Zəngəzuru nəzarətə almalıdır. Bununla, Ermənistanın cənub bölgəsi ilə şimalı arasında əlaqə kəsilir.  Prosesə Türkiyə də aktiv şəkildə cəlb edilər, Moskva da prosesdə Azərbaycanı dəstəkləyə bilər. İran isə, Rusiyanın təlimatı  ilə neytral qala bilər. Çünki, son aylarda NATO-nun Ermənistanda fəallığı İranı narahat edir".

M.Əsədullazadə diqqətə çatdırıb ki, N. Paşinyan Fransanın təhriki ilə Azərbaycana qarşı vəkalət müharibəsinə başlasa, alət olsa böyük ərazi itkilərinə məruz qalacaq: "ABŞ -da siyasi proseslər sual altındadır. Demək olar ki, ABŞ -ın başı Ukraynaya qarışıb".

Seymur,

Sitat.info



Xəbər xətti