İran-İsrail müharibəsi başlaya bilərmi?

11:45 31 İyul 2024

"İsrail Tehranda Həmasın siyasi qanadının rəhbəri İsmayıl Haniyəni öldürüb.. İsrailin  Tehranda İsmayıl Haniyəni qaldığı evdə PUA və yaxud raketlə vurması, birbaşa Tehranın suverenliyini və təhlükəsizliyini təhdid etdi. Bu, İsrailin İrana müharibə elanıdır".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Tehranın dəvət etdiyi ali qonağa qarşı hücum şərqdə yaxşı qarşılanmır: "İsrail İranın havadan müdafiə sistemlərini yarmaqla,  ali qonağın iqamətgahına zərbə endirib. Görünür, İranın hava müdafiə sistemlərinə kiber müdaxilə edilməklə, sistem yararsız hala gətirilib. Belə bir zərbə İranın prezident sarayına və Ali dini rəhbərin iqamətgahına endirilə bilər. Göründüyü kimi, İranın fəxr etdiyi güclü təhlükəsizlik sistemi və havadan müdafiə imkanları çox zəifdir. Təbii ki, İsrail ABŞ razılığı olmadan belə bir əməliyyat keçirdi bilməzdi".

Politoloq vurğulayıb ki, belə bir əməliyyat Hizbullah lideri Həsən Nəsrullahin aradan götürülməsi istiqamətində keçirilməsi istisna deyil: "İsrailin bu əməliyyatı İranın təhlükəsizlik orqanlarında boşluğun və agentura şəbəkəsinə malik olduğunu göstərir. Bununla, İranın hakimiyyət sisteminə və təhlükəsizliyinə nəzarət edən SEPAH nüfuzuna ciddi zərbələr dəyəcək. Prezidentin SEPAH və təhlükəsizlik orqanları işinə müdaxilə edə bilməməsi, bu qurumun özünü düzəltmək kimi islahatlara getməsi gözlənilmir. Artıq siyasi hakimiyyətdə güc strukturlarına  inamsızlıq sindiromu yaranacaq".

M.Əsədullazadə hesab edir ki, İranın yeni prezidenti  çətin sınaqlarla üz-üzədir: "Bir tərəfdən ölkənin təhlükəsizliyi strukturlarında deqradasiyaya baş verib. Həmçinin İsraillə münasibətlər hərbi müstəviyə keçib. İsrailin Livanda Hizbullaha qarşı hərbi əməliyyatlari İsrail-İran müharibəsinin fitilini çəkə bilər. Prezident M. Pezeşkian ilk gündən çətin siyasi karyerası ilə üzləşib. İranla İsrail arasında baş verəcək hərhansı bir qarşıdurmada Azərbaycan öz neytral mövqeyini davam etdirəcək".

Türkan,

Sitat.info



Xəbər xətti