Çin Ukraynanı eşitdi: Rusiyaya qarşı gediş...

09:02 1 Avqust 2024

Çin hərbi məqsədlər üçün istifadə oluna bilən bütün mülki PUA-ların ixracını qadağan edib.

Sitat.info xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Qeyd olunur ki, Qərb ölkələri son aylarda Rusiyanı silah istehsalı üçün istifadə olunan avadanlıq və komponentlərlə dəstəklədiyinə görə Pekini dəfələrlə tənqid atəşinə tutublar. Ötən həftə müharibə başlayandan bəri ilk dəfə Çinə səfər edən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da Moskvanın sanksiyalardan yan keçməsinə kömək etməməyi xahiş edib.

Qeyd edilir ki, bir il əvvəl Çin artıq dronların, mühərriklərin və onlar üçün infraqırmızı avadanlıqların satışına bəzi məhdudiyyətlər tətbiq etmişdi.

İndi isə qadağa hərbi və ya terror məqsədləri üçün istifadə oluna bilən bütün dronlara şamil edilir. Yeni qaydalar sentyabrın 1-dən qüvvəyə minəcək./Axar.az



Xəbər xətti