Ermənilərin Qarabağa dönüşü bu şərtlərdə mümkün ola bilər: Sahib Alıyevin ŞƏRHİ

13:07 6 Avqust 2024

"Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Toivo Klaarın Qarabağdan öz istəkləri ilə çıxıb getmiş hayların geriyə dönüşlərini "xüsusi hal" kimi dəyərləndirməsi anlaşılandır. Bəli, burada "xüsusilik" var və bu "xüsusilik" ondadır ki, indi Ermənistan adlanan ölkədə yaşamış azərbaycanlılardan fərqli olaraq Qarabağ hayları vətəndaşı sayıldıqları dövlətə qarşı əldə silah vuruşublar". Terrora əl atıblar və hətta Xocalı soyqırımının törədilməsində də "xidmətləri" az olmayıb".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Sahib Alıyev deyib.

O bildirib ki, ona görə də onların geriyə dönüşü xüsusi şərtlər çərçivəsində reallaşdırıla bilər: "Özü də Ermənistanda etnik təmizləməyə uğrayan azərbaycanlılar doğma yurd yerlərinə qayıtdıqdan sonra.

Avropa İttifaqı adından danışan bu mikromakron bir reallığı da unutmamalıdır ki, beynəlxalq humanitar hüquqa görə vətənə dönüş haqları olanları özününkülərə və özlərindən olmayanlara bölmək rasistlikdir. Davamlı olaraq Qarabağ haylarının geriyə qayıtmalarından dəm vurub Qərbi Azərbaycan kökənlilərin yurd yerlərinə dönüşlərini hansısa şərtlərə bağlamaq nə Klaara, nə də təmsil etdiyi quruma hörmət gətirir. Ümumiyyətlə, mən anlamıram ki, Cənubi Qafqazın hər üç ölkəsində nümayəndəliyi olan Avropa İttifaqının bir də bütövlükdə region üzrə xüsusi təmsilçisinə nə ehtiyac var?". 

Nigar,

Sitat.info



Xəbər xətti