"Ukraynanın əlində taktiki nüvə silahı olduğu qeyd edilir. Prinsipcə, bu. mümkündür. Qərbin xüsusilə, ABŞ Ukraynaya belə bir silah verməsi mümkündür. Bu, Rusiyanı Ukraynaya döyüş meydanında məğlub durumu fonunda taktiki nüvə silahını tətbiq edəcəyindən irəli gəlir. Çünki, Rusiya tərəfi dəfələrlə taktiki nüvə silahından istifadəni mümkünlüyünü vurğulayıb. Əgər, Rusiya taktiki nüvə silahını Ukraynada tətbiq edərsə, Qərb birbaşa Rusiyaya cavab verə bilməzdi. Ona görə də taktiki nüvə silahını məhz Ukraynaya verilib".
Bu sözləri Sİtat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, burada ikinci fakt danışıqlarda Ukraynanın mövqeyini gücləndirməkdən ibarətdir: "Demək olar ki, Ukraynanin əlində F16 təyyarələri və taktiki nüvə silahı var. Artıq, döyüşlər Rusiya ərazisinə keçib. Ukrayna Rusiyanın Kursk vilayətinidə bir neçə kəndi işğal edib.
Rusiya danışıqlar üçün ABŞ -la təmasdadır. Amma, şərtləri danışıqlarda mümkünsüz edir. Ukrayna prezidenti V. Zelenski V. Putinlə birbaşa danışıqları ləğv edən sərəncama baxmayaraq danışıqları mümkün hesab edib. Payız aylarında görüşlərin Türkiyənin vasitəçiliyi ilə keçirilməsi mümkündür".
Nigar,
Sitat.info