"Əgər Putin güzəştə getməsə və danışıqlardan imtina etsə, Ukraynanın Kursk vilayətində qalmaq və Rusiya ərazisinə doğru daha da irəliləməkdən başqa yolu qalmayacaq".
Sitat.info xəbər verir ki, bu barədə “The Times” yazır.
Nəşr yazır ki, Ukraynanın ələ keçirdiyi Rusiya ərazilərini həmişəlik işğal etmək arzusu yoxdur, lakin o, ümid edir ki, Qərb tipli silahlı birliklərdə təlim keçmiş minlərlə yaxşı təchiz edilmiş əsgərin gəlişi Moskvanı diqqətini Ukraynanın şərqindən yayındırmağa və sonda Putini danışıqlar aparmağa məcbur edəcək.
“Əgər Putin güzəştə getməsə və öz şərtləri istisna olmaqla, danışıqlardan imtina edərsə, Kiyevin Kursk bölgəsində qalmaqdan və Moskvaya təzyiqi artırmaq üçün daha da irəliləməkdən başqa yolu qalmayacaq. Bu Moskvaya qarşı yeni cəbhə xəttinin açılması deməkdir.
Nəşrdə qeyd edilir ki, Kursk bölgəsindəki Ukrayna qoşunlarının dörd açıq üstünlüyü var:
“Onlar yalnız Kiyev rəhbərliyi siyasi və strateji baxımdan ən münasib vaxt olduğuna qərar verdikdə qoşunları geri çəkməyi planlaşdırırlar. Onların özlərini qorumaq üçün atəş gücü, o cümlədən hava hücumundan müdafiə vasitələri, sığınacaq təmin etmək üçün sıx meşələri və əsir götürülmüş yüzlərlə rusiyalı əsgəri var var".