“2024-cü ilin birinci yarısında Azərbaycanda fəaliyyət göstərən 23 bankın xalis mənfəəti 360 milyon ABŞ dolları (612.4 milyon AZN) olub. Müqayisə üçün bildirim ki, analoji dövrdə Gürcüstanın 17 bankının xalis mənfəəti 524 milyon USD (1.5 milyard GEL), Ermənistanın 18 bankının xalis mənfəəti 443 milyon USD (172 milyard AMD) olub. Yəni orta hesabla Azərbaycanın 1 bankının xalis mənfəəti $15.7 milyon olduğu halda, Gürcüstanda bu göstərici $30.8 milyon, Ermənistanda isə $24.6 milyon olub”.
Sitat.info xəbər ki, bu barədə iqtisadçı Samir Əliyev bildirib.
“Təəssüf ki, bank sektorunun bir çox göstəriciləri üzrə hər iki ölkəyə uduzuruq. Xatırladım ki, Azərbaycan Cənubi Qafqazda ən böyük iqtisadiyyata, ən çox əhaliyə, ən böyük əraziyə malikdir. Bank sektoru iqtisadiyyatın güzgüsüdür və bu, üç ölkənin timsalında iqtisadiyyatların hara getdiyini göstərir”, -deyə ekspert əlavə edib.