I Divizionun XXIV turunda MOİK - "Sumqayıt-2" ilə qarşılaşıb.
Futbolpress.az xəbər verir ki, Binə qəsəbə stadionunda keçirilən matçın sonlarına yaxın tribunada insident yaşanıb.
Polislər MOİK azarkeşini tribunadan uzaqlaşdırıb. Buna onun "səs-küy salması" səbəb göstərilib. Azarkeş öncə tribunanı tərk etmək istəməsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları onu buna məcbur edib.
Qeyd edək ki, MOİK - "Sumqayıt-2" oyunu 2:0 hesabı ilə bitib.