Paşinyan hamilə qadının öldümünə səbəb oldu - Foto

00:01 27 Aprel 2022

Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət korteji İrəvandakı Leo-Paronyan-Proşyan küçələrinin kəsişməsində hamilə qadını vurub.

Sitat.info bu barədə erməni mediasına istinadən xəbər verir ki, qadın yerindəcə dünyasını dəyişib.

Leo-Paronyan-Proşyan küçələrinin kəsişməsində avtomobil tərəfindən vurulan 29 yaşlı qadın xəstəxanaya daxil olarkən tənəffüsünün və ürəyinin dayandığı məlum olub. Bu barədə aprelin 26-da Nairi Tibb Mərkəzinin baş həkimi Anatoli Qnuni Ermənistan News-NEWS.am-in müxbirinə müsahibəsində bildirib. “1,5 saat davam edən təcili reanimasiya tədbirlərinə başlanılıb. Təəssüf ki, bioloji ölüm qeydə alınıb”, - Qnuni bildirib. Qeyd edib ki, dölün ürək döyüntüsünü də yoxlayıblar, amma onda da həyat əlaməti olmayıb.



Xəbər xətti