Bu gün günorta saatlarında sərnişinlər metronun “20 Yanvar” stansiyasında “Dərnəgül” xətti üzrə hərəkət edən qatarı 10 dəqiqədən çox gözləyiblər. 10 dəqiqənin tamamında isə monitorlar sönüb.
Axar.az-ın əməkdaşı “20 Yanvar” stansiyasından bu barədə məlumat verib.
Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov saytımıza açıqlamasında bildirib ki, iki gənc qız "20 Yanvar" stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıb:
“Dərhal "20 Yanvar-İnşaatçılar" mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə “20 Yanvar” stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub. Xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb”.