İki gənc qız "20 Yanvar" stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar.
SİTAT.İNFO xəbər verir ki, bu barədə Bakı metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Dərhal "20 Yanvar-İnşaatçılar" mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə "20 Yanvar" stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub. Xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb.