Oktyabrın 9-na keçən gecə Səbail rayonu ərazisində oğurluq hadisəsi baş verib.
DİN-dən Sitat.info-ya verilən məlumata görə, bir evin saxlanc yerindən 1000 manat dəyərində kondisioner yuyan aparat, boru və təmir alətlərinin oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı S.Alışov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.