6 il öncə Qahirəyə gedərkən qəzaya uğrayan və 66 nəfərə məzar olan EgyptAir təyyarəsinin qəzaya uğramasının səbəbi açıqlanıb. Pilot kokpitdə siqaretini yandıran zaman maskadan sızan oksigen alovlanıb.
SİTAT.İNFO xəbər verir ki, 2016-cı ildə Misirin paytaxtı Qahirəyə getmək üçün Fransanın Paris Şaerl de Qoll şəhərindən havaya qalxan EgyptAir aviaşirkətinə məxsus MS804 reysi Yunanıstanın Krit adasının cənub hissəsində qəzaya uğramışdı.
Qəza nəticəsində 66 sərnişin və ekipaj üzvü həlak olub. Qara qutu üzərində uzun illər davam edən işdən sonra araşdırma tamamlanıb və təyyarənin pilotunun kokpitdə yandırdığı siqaretin təcili maskadan sızan oksigenlə reaksiya verərək partlayışa səbəb olduğu açıqlanıb.
Aviasiya mütəxəssislərinin hazırladığı və Paris Apellyasiya Məhkəməsinə göndərdiyi hesabata görə, qəza zamanı bu praktika qadağan olunmadığı üçün misirli pilotların pilot kabinəsində siqaret çəkdiyi məlum olub.
Qara qutu Yunanıstanda tapılmışdı.
Fransada Paris Şarl de Qolldan havaya qalxan təyyarədə 1 ingilis, 12 fransız, 30 misirli, 2 iraqlı və 1 kanadalı olduğu açıqlanmışdı.
Rəsmilər, təyyarənin "ölüm spiralına" düşmədən əvvəl şiddətli dönüşlər etdiyini söyləyirdilər.
Qəzadan sonra təyyarənin qara qutusu ABŞ Hərbi Dəniz Qüvvələrinin də iştirak etdiyi böyük axtarış-xilasetmə missiyasından sonra Yunanıstanda tapılıb.
Ləman Sərvanqızı,
SİTAT.İNFO