“Xəbərglobaltv.az” saytının rəhbəri, jurnalist Orxan Əhmədov saxlanılıb.
Sitat.info Globalinfo.az-a istinadən xəbər verir ki, başqasının əmlakını hədə-qorxu ilə tələb etmədə təqsirləndirilir.
Belə ki, O.Əhmədovun Tovuz Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktorunun inzibati məsələlər üzrə müavini C.Abdullayevə zəng edərək haqqında həqiqətə uyğun olmayan paylaşımlar etməklə hədə-qorxu gəldiyi bildirilir.
İddialara görə, o, C.Abdullayevdən şantaj yolu ilə pul alıb.
Orxan Əhmədovun qarşı Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.