Xəbər verdiyimiz kimi, ötən gün saat 21 radələrində Göyçay rayonunun Potu kəndində qətl hadisəsi baş verib. 39 yaşlı Asif Eminov kəsici alətlə öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən Xəyal Mənsimov polisə təslim olub.
Axar.az Modern.az-a istinadla xəbər verir ki, hadisə öldürülən şəxsin avtomobilində baş verib.
Asif Eminov ailəli olub və Göyçay rayonunda Təcili Tibbi Yardım Xidmətində çalışıb. Ailə üzvləri Potu kəndində yaşasa da, özü rayon mərkəzində yaşayırmış.
Bildirilir ki, Asif Eminov və Xəyal Mənsimov arasında əvvəllər də mübahisə yaşanıb. Qətl hadisəsinin həmin mübahisəyə görə törədildiyi qeyd olunur.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Xəyal Mənsimov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.