Avtobus sürücüsü sükan arxasında ÖLDÜ

22:19 29 Aprel 2022

Gəncə şəhərində avtobus sürücüsü sükan arxasında ölüb.

SİTAT.İNFO APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

9 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusunun sürücüsü, 1958-ci il təvəllüdlü İlqar Orucov özünü narahat hiss etdiyindən avtobusu saxlayıb. Sonradan onun sükan arxasında öldüyü məlum olub.

İlkin məlumata görə, sürücü infarkt keçirib. Faktla bağlı araşdırma aparılır.

 



Xəbər xətti