Rusiyanın Moskva vilayətində “Prosveşenie” nəşriyyatının anbarında güclü yanğın olub.
Hadisə ən böyük anbar kompleksinin yerləşdiyi Boqorodskoye rayonunda qeydə alınıb. Bildirilir ki, gecə yarısına yaxın çap materiallarının saxlandığı anbarda partlayış baş verib. Demək olar ki, 34 min kvadratmetr ərazi yanıb.
Hazırda yanğın lokallaşdırılıb. Qurbanlar və zərərçəkənlər yoxdur./oxu.az/