Türkiyə ordusuna raketlərlə hücum edildi: Çox sayda ölü var

11:18 4 May 2022

Suriyanın şimalında Türkiyə ordusuna hücum edilib.

SITAT.INFO türk mediasına istinadən xəbər verir ki, “Zeytun budağı” hərəkat bölgəsində terrorçuların raketlərlə təşkil etdiyi hücum zamanı 1 türk əsgəri şəhid olub. Türkiyə ordusunun cavab əməliyyatları nəticəsində 24 terrorçu məhv edilib.

Qeyd edək ki, iki həftə əvvəl Türkiyə ordusu İraqın şimalında PKK terror təşkilatına qarşı intensiv hərbi əməliyyatlara başlayandan sonra silahlılar Suriyada fəallaşaraq, türk hərbçilərə tez-tez hücumlar təşkil edir.



Xəbər xətti