Bakıda tikinti-interyer materialları satışı ilə məşğul olan şirkətin rəhbəri qəfil vəfat edib.
SİTAT.İNFO Qafqazinfo-ya istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Nurlan Yaşaroğlu ürək tutması səbəbindən dünyasını dəyişib.
Həmçinin, həvəskar musiqiçi kimi fəaliyyət göstərən Nurlan "Yasharoghlu NN Group" MMC-nin rəhbəri idi. O, sosial şəbəkə səhifəsində ölümündən bir neçə saat əvvəl canlı ifasını paylaşıb.