Özbəkistan sərhədçiləri Qırğızıstanın 3 vətəndaşını güllələyiblər.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.
“Cəlalabad vilayətinin Ala-Buka rayonunun Qırğızıstan-Özbəkistan dövlət sərhədinin ərazisində Özbəkistan Dövlət Təhlükəsizliyi Xidmətinin sərhəd naryadları üç Qırğızıstan vətəndaşını güllələyib. Nəticədə hər üç Qırğızıstan vətəndaşı güllə yarasından ölüb. İnsidentin səbəblərini aydınlaşdırmaq üçün sərhəd nümayəndələrinin görüşü olub. Faktla bağlı əməkdaşlıq edən orqanlar da məlumatlandırılıb, araşdırmalara başlanılıb”,- məlumatda deyilir.