Bakıda məktəblilərin yaxasına Rusiyanın imperiya simvolunu taxdılar - Foto

00:02 7 May 2022

Bu gün Bakıda 164 nömrəli orta məktəbdə keçirilən 9 May - Qələbə Günü tədbiri müzakirələrə səbəb olub.

Belə ki, iddialara görə, tədbirdə iştirak edən şagirdlərin sinəsinə “Georgi lenti” yapışdırılıb.

Məsələ ilə bağlı ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov  araşdırma aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcəyini bildirib.

Qeyd edək ki, sözügedən məktəbin direktoru Kəmalə Qədirovadır.

Xatırladaq ki, “Georgi lenti” Rusiyanın imperiya simvollarından biri hesab edilir.



Xəbər xətti