Güclü külək Cəlilabadda fəsadlar törədib, bir sıra kəndlər işıqsız qalıb

15:26 7 May 2022

Cəlilabadda güclü külək kəndləri işıqsız qoyub.

“Report”un Aran bürosunun məlumatına görə, Cəlilabad rayonunda ötən gecədən başlayan güclü külək hələ də davam edir.

Nəticədə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində yol kənarında 4 ədəd ağac kökündən qoparaq aşıb.

Bundan başqa Cəlilabadın elektrik təsərrüfatlarına da ziyan dəyib. Belə ki, rayonun Məmmədrzalı, Boyxanlı, Qarakazımlı, Sarxanlı, Kazımabad, Maşlıq, Muğan və Söyüdlü kəndlərində istismar müddəti başa çatmış elektrik naqilləri qırılıb. Nəticədə sözügedən kəndlər işıqsız qalıb.

Hazırda həmin kəndlərə elektik enerjisinin verilməsi istiqamətində işlər aparılır.



Xəbər xətti