Rusiya və İranın anti-Azərbaycan siyasəti: Səfirimiz geri çağrıla bilər,,,

08:36 8 Yanvar 2025

"Prezident İlham Əliyev İranın anti-Azərbaycan siyasətini sərt tənqid edərək, Tehranı üzr istəməyə dəvət etdi. Demek olar ki, Azərbaycana qarşı Rusiya və İran açıq şəkildə hibrid və informasiya müharibəsini inkişaf etdirir. Xüsusilə, İranın anti-Azərbaycan siyasəti açıq şəkildə fəaliyyət göstərir. Prezident İlham Əliyev bunun başında İranın Ali dini rəhbərinin olduğunu mesajını verdi. Çünki, Ərdəbilin İmam cüməsi S. Amulini Ali dini rəhbər Xamenei təyin edir. Bütün təlimatlar Ali dini rəhbərin ofisindən verilir".

 Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, İran Azərbaycan əlaqələri yenidən kəskinləşib: "Baxmayaraq ki, bir neçə gün bundan əvvəl, İran Azərbaycan xüsusi təyinatlı qüvvələri birgə hərbi təlimlər keçirdi. Türkiyənin Suriyada Əsədi devirməsi Yaxın Şərqdə və Cənubi Qafqazda yeni siyasi nizamın formalaşmasi Tehran rejimini narahat edir. Azərbaycan Tehrandan səfirini məsləhətləşmələr üçün geri çağırmalıdır". Rusiya və İran Azərbaycana qarşı kəskin şəkildə siyasi və kəşfiyyat müharibəsinə keçib. Rusiya mülki təyyarəmizi vurur, məsuliyyəti boynuna götürmür. İran səfirliyimizə terror hayata keçirir üzr istəmir və məsuliyyəti üzərindən atır. Prezidentin dediyi kimi əyalət mollası vasitəsilə xalqımızı təhqir edir, üzr istəmir.

M.Əsədullazadə hesab edir ki, Azərbaycan Türkiyə ilə siyasi və hərbi əlaqələri kordinasiyalı şəkildə inkişaf etdirməli və regionda yeni siyasi çağırışlara hazır olmalıdır: "Yaxın perspektivdə Rusiya və İran arasında siyasi münasibətlərin normallaşması gözlənilmir".

Türkanə, 

Sitat.info 



Xəbər xətti