"Ermənistan dəhlizi xoşluqla açmasa,,," _ Deputatdan Zəngəzur AÇIQLAMASI

16:22 10 Yanvar 2025

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziyalara müsahibəsində bir sıra strateji əhəmiyyətli məsələlərə diqqəti cəlb etdi. Zəngəzur dəhlizi ilə bağlı məsələnin tənzimlənməsi ilə bağlı da dövlətimizin başçımızın qətiyyətli mövqeyini bir daha səsləndirdi. Hesab edirəm ki, bu Ermənistanın siyasi-hərbi rəhbərliyinə və onların arxasında dayananlara çox ciddi mesajdır. Cənab Prezident vurğuladı ki, birincisi Zəngəzur dəhlizinin açılması 10 noyabr sənədinin mahiyyətindən irəli gəlir çünki, orada müvafiq bənd icra edilməlidir. İkincisi də dedi ki, bu sərhəd mütləq açılmalıdır, başqa variant yoxdur. Biz Zəngəzur dəhlizi olmasına baxmayaraq, niyə başqa yerlərdən özümüzə yol tapaq? Bu mümkünsüzdür və Azərbaycanın Türkiyə ilə bağlantısında coğrafi maneədir. Nə qədər ki, gec deyil, Ermənistan bu haqda düşünməli və konkret addımlar atmalıdır."

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Elman Nəsirov deyib. 

O bildirib  ki, dəhliz açılmadığı təqdirdə, Ermənistan məsuliyyət daşıyacaq və ağır nəticələrlə üz-üzə qalacaq: "Cənab Prezident bir daha onu qeyd etdi ki, Ermənistanın rəhbərliyi artıq ağlını başına yığıb  bu fikirləri və prezidentin prinsipal mövqeyini qəbul etməlidir. Çünki onsuz da biz nəyi deyiriksə, onu icra edirik. Əgər, Zəngəzur dəhlizini xoşluqla açmasa və öz imzasına hörmətsiz  yanaşsa, dəhlizin açılmasının digər yollarını yaddan çıxarmasın. Biz istənilən məsələnin sülhlə tənzimlənməsi tərəfdarıyıq. Proseslər fərqli məcrada inkişaf edərsə, məsuliyyət Ermənistanın üzərinə düşür. Hesab edirəm ki, Ermənistan rəhbərliyi Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətdən və antiterror əməliyyatının nəticələrindən nəticə çıxarmalıdır"

Türkanə Muradlı
Sitat.info



Xəbər xətti