Həmas danışıqlar masasında: İsrail Qəzza zolağından ordusunu geri çəkəcək...

10:50 17 Yanvar 2025

"ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə İsraillə HƏMAS arasında uzun müddət atəşkəs və girovların azad olunması istiqamətində razılaşma əldə edilmirdi. Məhz Türkiyənin Həmasa təsiri əsasında atəşkəs və girovların azad olunması barədə razilaşma əldə edildi. 460 günə yaxın davam edən İsrailin Qəzzada Həması məhv etmə hərbi əməliyyatı baş tutmadı.

Demək olar ki, "Həmas" danışıqlarda tərəf kimi iştirak edərək İsraillə ikitərəfli sənədə imza atmış oldu. Atəşkəs qüvvəyə mindikdən sonra İsrail ordusu Qəzza zolağını tərk edəcək. Həması terror təşkilatı kimi tanıyan ABŞ və İsrail onunla danışıqlar stoluna oturdu və qarşılıqlı şərtlərlə müqavilə bağlandı".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib  ki, birmənalı şəkildə Həmas İsrail üzərində həlledici siyasi qələbə əldə etdi: "Halbuki, baş nazir Netanyahu Həması axrıncı militanına qədər məhv edəcəklərini qeyd etmişdi. Göründüyü kimi, İsrail Qəzzadan Həması çıxara bilmədi. Nəticədə Qəzza zolağında 40 mindən artıq fələstinli öldürüldü.

Əldə olunan razılaşmada Qəzza zolağının və infrastruktur layihələrinin bərpası var. İsrail ordusu Qəzzada mülki əhalini öldürdü və yaşayış məntəqələrini darmadağın etdi. Amma, hərbi və siyasi məqsədlərinə çata bilmədi. Həmasın silahlı "Əl Qəssam" Tuqayı mövcudluğunu qoruyub saxlayır. İsrail Fələstinin əsas hissəsi ilə Qəzza zolağını birləşdirən dəhlizi açmayacaqsa, Fələstin adminstrasiyası Qəzzaya nəzarət əldə etməsi mümkün olmayacaq. Nəticədə münaqişə dondurulmuş olacaq. İsrail Fələstin dövlətini tanıya və qarşı tərəfdə eyni addımı növbəti mərhələdə ata bilər. Belə bir sazişin əldə edilməsi D. Tramp administrasiyasından asılı olacaq".

Tehran,

Sitat.info 



Xəbər xətti