Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xankəndidəki qondarma qurumun prokurorluğu şəhərin mərkəzində atışma olduğu ilə bağlı məlumat yayıb.
SİTAT.İNFO erməni mediasına istinadən məlumat verir ki, "Artsax" adlanan qondarma qurumun Baş Prokurorluğu Xankəndinin İntibah meydanında baş verən atışma ilə bağlı məlumat yayıb.
Məlumata görə, hadisə saat 19:10 radələrində baş verib. Hazırda hadisə yerini qondarma qurumun polisi qoruyur, istintaq və prosessual hərəkətlər aparılır.
"Artsax" prokurorluğu hadisə ilə bağlı tam nəzarəti təmin edəcəyini, istintaqın obyektiv və hərtərəfli aparılması üçün bütün vasitələrdən istifadə edəcəyini bildirib.