Çində 122 nəfərin olduğu təyyarə yandı

10:52 12 May 2022

Çinin qərbindəki Çonqçinq şəhərində sərnişin təyyarəsi havaya qalxarkən alışıb.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə CCTV televiziyası məlumat yayıb.

Məlumata görə, Tibet Hava Yollarına məxsus Çonqçinq-Ninqçi reysi ilə uçan təyyarədə Cyanbey beynəlxalq hava limanından qalxarkən yanğın baş verib.

Təyyarədən 113 sərnişin və 9 ekipaj üzvü təxliyə edilib.

Yüngül xəsarətlər alan 40-dan çox sərnişin xəstəxanalara çatdırılıb.



Xəbər xətti