Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə Rusiya vətəndaşı itkin düşüb.
SİTAT.İNFO xəbər verir ki, qondarma qurum bu barədə məlumat yayıb.
Rusiya vətəndaşı 3 gündür ki, itkin düşüb. O, mayın 9-da Xankəndidə çayın sahilində sonuncu dəfə görünüb. İki gündür ki, qondarma qurumun polis əməkdaşları və xilasedicilər çay boyunca axtarış əməliyyatları aparırlar. Hələlik bu əməliyyat nəticə verməyib.
Səid,
SİTAT.İNFO