SON DƏQİQƏ: Azərbaycanda RƏİS MİNAYA DÜŞDÜ

13:07 13 May 2022

Bu gün Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi kapitan Süleyman Vaqif oğlu Heydərov piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.

Sitat.info xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətindən məlumat verilib.

Təcili olaraq həkim nəzarətinə götürülən yaralıya bütün lazımi tibbi yardım göstərilir.



Xəbər xətti