Bakıda avtomobil piyadanı vuraraq öldürdü - Foto

17:27 14 May 2022

Bu gün Bakı şəhəri, Gəncə prospektində 90-BG-513 dövlət qeydiyyatı nişanlı VAZ 2107 markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, qəza Xəzər dairəsi yaxınlığında baş verib.

Piyadanın hadisə yerində öldüyü bildirilir.

Qəza baş verən əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

 

 



Xəbər xətti