Yəməndə hökumət qüvvələrinin komandanlarından olan general Saleh Əli Həsənin kortejinə hücum edilib.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Əl Ərəbiyə” telekanalı məlumat yayıb.
Məlumata görə, terrorçu Ədən şəhərində Saleh Əli Həsənin də içində olduğu avtomobil karvanının yolu üzərində özünü partladıb.
Partlayış zamanı general xəsarət almasada, onun cangüdənlərinin yaralandıqları bildirilib.