ABŞ-da kilsədə atışma olub, ölən və yaralananlar var

08:24 16 May 2022

ABŞ-ın Kaliforniya ştatında atışma olub.

Bu barədə “Report” ştat polisinin tviter hesabına istinadən xəbər verir.

Məlumata görə, Orinj qraflığındakı Laquna-Vuds şəhərində kilsədə baş verən atışma nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb.

Hadisə ilə bağlı bir nəfər saxlanılıb, ondan atışmada istifadə oluna biləcək silah götürülüb.

 

 



Xəbər xətti